Moskvada keçirilən BRICS ölkələrinin 7-ci Media Sammiti işini başa çatdırıb.
Sammit çərçivəsində “Çoxqütblü dünyada sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində BRICS media ictimaiyyətinin rolu” mövzusunda dəyirmi masa formatında panel müzakirələri keçirilib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin də qatıldığı tədbirdə moderator qismində TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman çıxış edib.
Tədbir çərçivəsində Rusiyanın TASS İnformasiya Agentliyinin 120 illik yubileyinə həsr olunmuş MDB ölkələrinin humanitar universitetlərinin və dövlət ali təhsil müəssisələrinin humanitar fakültələri tələbələrinin əsərlərinin beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Nargilə Məhərrəmova da olub.
Diplomları qaliblərə TASS-ın baş direktoru Andrey Kondraşov və MDB ölkələrinin humanitar universitetləri rektorlarının və dövlət ali təhsil ocaqlarının humanitar fakültələri dekanları Forumunun Koordinasiya Şurasının sədri, akademik Efim Pivovar təqdim ediblər.
Müsabiqəyə Birlik ölkələrindən 50 universitetin “TASS MDB məkanındakı informasiya proseslərində” mövzusunda esse yazan tələbələri qatılıblar.
Sammit Yekun Bəyannamənin qəbul olunması ilə başa çatıb.
AZƏRTAC
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar