Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini yoxlayaraq yekun vurub.
“İki sahil” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, MSK protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar