Avqustun 8-nə Azərbaycanda 3 706 Pakistan şirkəti qeydiyyatda olub və bunlardan 3 304-ü aktiv fəaliyyət göstərib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.
"Pakistan şirkətləri Azərbaycan iqtisadiyyatında mühüm rol oynamağa başlayıb. İki ölkənin iqtisadi əməkdaşlığını genişləndirmək üçün pakistanlı həmkarlarımızla fərqli sektorlarda investisiya imkanlarını dəyərləndiririk. Kosmik sənaye və enerji layihələri kimi investisiya potensialı olan sahələrdə ortaq əməkdaşlıq üçün imkanlar var. Neft və qaz sektorunda, mədən sahəsində Pakistanın investisiya imkanları araşdırılır", - deyə o qeyd edib.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb