Məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.
Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağını bildirib.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar