“Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk”.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin görüşü ilə bağlı planlara dair suala cavabında deyib. O, hazırda görüşlə bağlı hər hansı məlumatın olmadığını əlavə edib.
“Biz davamlı və layiqli sülh razılaşmasını əldə etməsi istiqamətində hər iki ölkəni dəstəkləməkdə davam edirik. Tərəflər sülh sazişinin yekunlaşması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə ediblər. Biz bacardığımız bütün istiqamətlərdə, o cümlədən əgər bu kömək edərsə, görüşlərin təşkili ilə bağlı dəstəyimizə sadiqiq”.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar