Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından vacibdir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağı azad edib: “İndi orada bərpa-yenidənqurma işləri görülür”.
İ.Kalın vurğulayıb ki, bu sülh həm də Zəngəzur dəhlizinin açılmasını təmin edəcək: “Nəticədə region dövlətləri Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa marşrutu vasitəsilə bir-biri ilə bağlanacaq”.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar