Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB Fest” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək.
“İki sahil” xəbər verir ki, KOBİA-dan bildirilib ki, oktyabrın 4-6-da təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Naxçıvan şəhərindən və ətraf rayonlardan olan KOB subyektləri sentyabrın 26-dək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Naxçıvan” qeyd olunmalıdır).
KOB-ların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram və ustad dərsləri də təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır