Bu gün Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilir.
“İki sahil” xəbər verir ki, forumda Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov, NMR-in maliyyə naziri Həsən İsmayılov, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti Ziyad Səmədzadə, Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti Əsma Rezmukinin çıxışları gözlənilir.
Forumun mövzuları arasında SOCAR-ın son illərdə davamlı inkişaf hesabatlarının hazırlanması və maliyyə hesabatlarında davamlı inkişafla bağlı yeni tələblər; yaşıl iqtisadiyyatda vergi siyasətinin rolu; hökumət auditorlarının iqlim böhranına və enerji keçidinə necə reaksiya verdiyi; Azərbaycan-2030: davamlı maliyyənin hüquqi tənzimlənməsi və ESG gündəliyi yer alıb.
Forum çərçivəsində memorandum imzalanacaq.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır