20 sentyabr 2024 23:57
90

Zəfərə zəfər qatanlar....

Bu başlıqlı tədbir Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyində  baş tutdu. Muzeyin, Rayon İcra Hakimiyyəti başçısı aparatının, Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı sayəsində  keçirilən tədbir  19 sentyabr- Antiterror əməliyyatının ildönümünə həsr olunmuşdu.

44 günlük İkinci Qarabağ savaşında və antiterror əməliyyatında rəşadətlə döyüşərək ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətənin qəhrəman övladlarının  xatirəsi bir dəqiqəlik anılmaqla başlanan tədbirdə birinci çıxış edən  Muzeyin direktoru , Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva dedi:- 19-20 sentyabr 2023-cü il tarixlərində cəmi 23 saat davam edən antiterror əməliyyatı nəticəsində Xankəndi və ətrafındakı Ermənistan ordusunun müqaviməti qırıldı və ölkə ərazisini tərk etməyə məcbur oldu.  Bununla da  ordumuzun düşmən üzərində inamlı qələbəsi Ermənistanın Azərbaycan qarşısında 8 noyabr  Zəfərindən sonra ikinci kapitulyasiya aktı kimi tarixə yazıldı.

Azərbaycan torpaqlarının işğaldan azad olunmasında ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ağıllı və məqsədyönlü siyasəti, ordumuzun  əsgər və zabitlərin yüksək döyüş ruhu, dövlətlə vətəndaş arasında mövcud olan sarsılmaz birliyin həlledici amillər olduğunu vurğulayan digər natiqlər- Masallı RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Masallı rayon üzrə nümayəndəsi Salman Yunuslu, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, antiterror şəhidi baş leytenant Şəmistan Yusiflinin atası Şükran Yusifli  onu da bildirdilər ki, 19 sentyabr 2023-cü il antiterror əməliyyatında erməni separatçıları üzərində qazanılan sarsıdıcı qələbənin dövlətçilik tariximiz və milli qəhrəmanlıq salnaməsində ən önəmli hadisələrdən biridir.
Tədbirin yekununda Mərkəzi Kitabxananın əməkdaşı Gülər Piriyevanın və Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayevanın 19 sentyabr antiterror əməliyyatının tarixi və siyasi əhəmiyyətindən bəhs edən məruzələri dinlənildi .

Təşkilatçı müəssisələrin əməkdaşları ilə birgə , rayon Statistika İdarəsi, Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri , şəhid ailələri, müharibə veteranları  tədbirə qatılmışdı.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü