Çin və İordaniya Hörmüz boğazından normal gəmiçiliyin bərpasına və ABŞ ilə İran arasında atəşkəs rejiminin qorunub saxlanılmasına çağırıblar.
“İki sahil” xəbər verir ki, bu barədə İordaniya kralı II Abdullanın ÇXR-ə səfərinin yekunlarına dair iki ölkənin birgə bəyanatında deyilir.
"Hörmüz boğazı beynəlxalq əmtəə və enerji resursları ticarəti üçün mühüm yoldur və boğazdan normal gəmiçiliyi bərpa etmək zəruridir", — deyə bəyanatda qeyd olunur.
Tərəflər, həmçinin ABŞ və İran arasında atəşkəsin saxlanılmasının, dialoq və danışıqlar yolu ilə gərginliyin səbəblərini aradan qaldırmağa imkan verəcək hərtərəfli həll yolunun tapılmasının tərəfdarı olduqlarını bildiriblər. Çin və İordaniya region dövlətlərinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar.
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların tətbiq dairəsini genişləndirəcək
Gürcüstan Baş Prokurorluğu Qaribaşviliyə qarşı yeni korrupsiya ittihamı irəli sürüb