21 sentyabr 2024 11:30
83

XİN: Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb

Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var.

“İki sahil” xəbər verir ki, Bu barədə trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, 3 avqust tarixində səyahət xəbərdarlığı verilib. "Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə qeyd edilib.

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşımasına qadağan edilib.