22 sentyabr 2024 20:36
88

Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb

İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.

“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib. Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.