23 sentyabr 2024 00:10
71

Almaniya kansleri: BMT TŞ-nin tərkibi artıq dövrün ruhuna uyğun gəlmir

Almaniya kansleri Olaf Şolts BMT Təhlükəsizlik Şurasının (TŞ) sürətli islahatının tərəfdarı olduğu, onun tərkibinin artıq dövrün ruhuna uyğun gəlmədiyi barədə fikir bildirib.

“İki sahil” xəbər verir ki, Şolts bu barada "Gələcək" adlı tədbirdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. “TŞ uzun müddət əvvəllərin standartlarına uyğun olaraq çağırılıb. Bu şurada daimi əsasda və ya dəfələrlə təmsil olunmalı olan bir çox qitə və ölkələr təmsil olunmurlar.”, - deyə o bildirib. Şolts həmçinin Baş Assambleyanın 79-cu sessiyasının ümumi siyasi müzakirəsi ərəfəsində qəbul edilmiş Gələcək Paktı ilə bağlı Rusiyanın mövqeyini başa düşmədiyini bildirib.

Qeyd edək ki, Gələcək Sammiti 22-23 sentyab tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilir. Sammitin əsas məqsədi qlobal çağırışları müzakirə etmək, dünya liderləri, ekspertlər və vətəndaş cəmiyyəti tərəfindən kollektiv həll yollarını hazırlamaqdır.

Sammitdə üç əsas sənəd; Gələcək Paktı, Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə qəbul edilib.