22 sentyabr 2024 23:56
76

Tramp hazırkı prezidentlik yarışında məğlub olarsa...

ABŞ-da sabiq prezident və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı prezidentlik yarışında məğlub olarsa, 2028-ci ildə keçiriləcək növbəti seçkidə yenidən namizədlik irəli sürməyəcək.

“İki sahil” xəbər verir ki,  o, bu barədə “Full Measure” verilişinin efirində danışıb. Aparıcının bu haqda sualına "Xeyr, irəli sürməyəcəm", - deyə cavab verən respublikaçı nümizəd seçkilərdə uğur qazanacağına ümid etdiyini bildirib.