23 sentyabr 2024 00:40
86

Baş nazir Mişel Barnye: Fransa iqtisadiyyatı son dərəcə çətin vəziyyətdədir

Fransanın dövlət borcu 3 trilyon avronu keçib və ölkə iqtisadiyyatı son dərəcə çətin vəziyyətdədir.

“İki sahil” xəbər verir ki,  bunu “France 2” telekanalının efirində respublikanın baş naziri Mişel Barnye deyib. "Ölkəmiz son dərəcə çətin bir vəziyyətdən keçir. Fransanın dövlət borcu 3 trilyon avrodur və ona xidmət göstərmək üçün ildə 50 milyard avrodan çox xərc tələb olunur."

Telekanalın məlumatına görə, Fransanın dövlət borcu 3,16 trilyon avroya yaxındır. Baş nazir hökumətin milli borcunun artmasına və ekoloji tələblərin azaldılmasına icazə verməyəcəyini bildirib.