Biləsuvar rayonunda pambıq tarlalarında məhsul yığımı təxminən bir aya yaxın gecikəcək.
“İki sahil” xəbər verir ki, buna səbəb əkin işlərinin havaların yağıntılı keçməsi səbəbindən bir ay gec aparılmasıdır. Belə ki, rayon ərazisində məhsulun yığımına oktyabr ayının ortalarından start veriləcək. Qeyd edək ki, bu il rayonda 7 050,8 hektar sahədə pambıq əkilib.
Həmçinin yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 52 maşın iştirak edəcək. Bununla yanaşı, 115 traktor və 265 yedəkli lafetdən də istifadə olunacaq.
Pambıq kollarının yarpaqlarının tökülməsi məqsədilə tarlalarda defolvasiya işləri cari ayın sonu aparılacaq.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir