23 sentyabr 2024 19:04
101

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər ölüb

İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Livanın səhiyyə naziri Firas Abyad bildirib.

“İsrailin Livanın cənubuna hücumu nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1 024 nəfər isə yaralanıb", - o qeyd edib.