Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafeyevlə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüşdə Türkiyənin baş qərargah rəisi Metin Gürak da iştirak edib.
Xatırladaq ki, Türkiyə hərbi heyəti ADEX-2024-də iştirak etmək üçün Azərbaycanda səfərdədir.
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb