Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov slovakiyalı həmkarı Kamil Şaşko ilə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında K.Şaşkonun Azərbaycana səfərinin yekunlarına dair məlumatda deyilir.
“Biz nazir müavinləri arasında ikitərəfli məsləhətləşmələrin nəticələrindən məmnunuq”, - səfirliyin məlumatda bildirilib.
Qeyd olunub ki, enerji, regional inkişaf, turizm və nəqliyyat məsələləri ilə bağlı müzakirələr aparılıb.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb