II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Enerji infrastrukturu” panelində energetika naziri Pərviz Şahbazov Azərbaycanın qarşıdakı onillik üçün enerji prioritetləri və özəl sektor üçün investisiya imkanları barədə danışıb.
“İki sahil” xəbər verir ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, neft-qaz infrastrukturunun inkişafı, bərpa olunan enerjinin genişləndirilməsi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlancı və regional enerji bağlantılarının yaradılması əsas prioritetlərdir. Azərbaycanın etibarlı neft və qaz təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, yeni neft-qaz yataqlarının işlənməsi, mövcud infrastrukturun modernləşdirilməsi və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
2032-ci ilədək təxminən 8 QVt bərpa olunan enerji gücünün yaradılmasının planlaşdırıldığı, həmçinin Xəzər və Mərkəzi Asiyanın enerji potensialını Türkiyə və Avropa bazarları ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin inkişaf etdirildiyi qeyd olunub.
Nazir bərpa olunan enerji, Xəzərdə külək enerjisi, enerji saxlancı, elektrik şəbəkələri, rəqəmsallaşma, enerji səmərəliliyi və regional enerji dəhlizlərini özəl sektor üçün perspektivli investisiya istiqamətləri kimi göstərib.
“Özəl sektoru yalnız investisiya mənbəyi deyil, yeni texnologiyalar, innovasiya və beynəlxalq təcrübə gətirən uzunmüddətli tərəfdaş kimi görürük. Məqsədimiz müxtəlif enerji mənbələrini və bazarları birləşdirən müasir enerji infrastrukturu qurmaqdır”, – deyə nazir bildirib.
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
“Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda panel sessiya keçirilib
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib