Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib.
"İki sahil" AMB-yə istinadən xəbər verir ki, bu sənəd banklarda korporativ idarəetmə sahəsinin tənzimlənməsi üzrə Mərkəzi Bankın gələcək strateji baxışını əks etdirir.
Beynəlxalq korporativ idarəetmə təcrübələri nəzərə alınmaqla hazırlanmış sənədə əsasən Müşahidə Şurasının müstəqil üzvlərinin funksionallığının artırılması, eləcə də onun tərkibində gender müxtəlifliyinin təmin edilməsi tövsiyə olunur. Həmçinin Müşahidə Şurasının və komitələrinin tərkibinin və fəaliyyətinin qiymətləndirilməsi, bankın Audit və Komplayens funksiyalarının təkmilləşdirilməsi, risk menecmenti çərçivəsində müdafiə xətləri üzrə səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və şəffaflığın təmin edilməsi üzrə tövsiyələr də qeyd olunub.
tövsiyələrin əsas məqsədi bank sektorunun səmərəli fəaliyyətini və sabitliyini dəstəkləmək üçün banklarda korporativ idarəetmənin gücləndirilməsi və bankların korporativ idarəetmə çərçivəsinin beynəlxalq standartlara daha da uyğunlaşdırılmasıdır.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb