28 sentyabr 2024 15:06
94

BMT-nin sessiyasında Qərbi azərbaycanlıların zorla yurdlarından qovulmasından danışıldı

Azərbaycan QHT-ləri Qərbi Azərbaycan mövzusunda prinsipial mövqe nümayiş etdirir, beynəlxalq platformalarda bu mövzuda məsələlər qaldırır.

“İki sahil” xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən 57-ci sessiyasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin nümayəndəsi Vüsal Məmmədzadənin plenar sessiya zamanı videomesaj formatında çıxışında Ermənistandan qovulan azərbaycanlıların hüquqlarına hörmət edilməsini tələb edib. “XX əsrdə Ermənistandan qovulmuş etnik azərbaycanlı əhali etnik ədavət zəminində zorakılığa məruz qalaraq nəinki evlərini, həm də irsini və əcdadlarının məzarlarını tərk etməyə məcbur edilib. Bu isə Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və BMT-nin digər mexanizmlərində təsbit edilmiş və bütün şəxslərin öz doğma yurdlarında sülh və ləyaqət içində yaşamaq kimi ayrılmaz hüququnu müdafiə edən prinsiplərə ziddir.

Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarında bu gün də olmaması böyük ədalətsizlikdir və bundan sonra da gözardı edilə bilməz”, - o qeyd edib.