29 sentyabr 2024 00:20
329

Amerikalılar Yaxın Şərq proseslərinə yardım üçün olan bütün mexanizmləri bağlayıblar - Lavrov

Birləşmiş Ştatlar Yaxın Şərqdə vasitəçilik səylərini inhisara almaq istəyir.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakının yekunlarına dair açıqlamasında iddia edib.

“Amerikalılar Yaxın Şərq proseslərinə yardım üçün olan bütün mexanizmləri bağlayıblar, ilk növbədə bu, Rusiya, ABŞ, BMT və Avropa İttifaqının daxil olduğu beynəlxalq vasitəçilər kvartetinə aiddir. İndi görə bilərsiniz ki, amerikalılar vasitəçilik səylərini inhisara almaq istəyirlər, gah iordaniyalı həmkarlarımızla, gah misirli, gah da qətərli həmkarlarımızla müxtəlif formatlar təşkil edirlər, amma yenə də bütün bunlara özləri rəhbərlik etməyə çalışırlar”, – o bildirib.