Səudiyyə Ərəbistanın Ər-Riyad və yaxud Ciddə şəhərində Azərbaycan Ticarət Evinin açılması gündəmdə olan məsələlərdən biridir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının Bakıda keçirilən 5-ci iclasında bildirib.
"Bu istiqamətdə aidiyyəti qurumlar işləri davam etdirir. Son illər ölkələr arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir", - deyə o qeyd edib.
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var