Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ərazisinin 100 %-i isə elektrik enerjisi ilə təchiz olunub: "Üstəlik, elektrik enerjisini ixrac edirik". İlham Əliyev qeyd edib ki, ölkədə dəmir yolu xətləri çəkilir, Bakı Beynəlxalq Dəniz Limanı genişləndirilir: "Yəni Azərbaycanda daxili infrastrukturla vəziyyət yaxşıdır. İnvestorlara transmilli maraqlara xidmət edən infrastruktur layihələri maraqlı ola bilər".
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb