Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iqtisadi sahədə ölkəmiz üçün prioritet istiqamətləri açıqlayıb.
“İki sahil” xəbər verir ki, bir neçə prioritet sahəni qeyd edən dövlətimizin başçısı bildirib: “İlk növbədə, bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Günəş və külək stansiyalarının yaradılması üçün potensial var. Bizim məqsədimiz təbii qazdan istifadəni mümkün qədər azaltmaq, bu ehtiyatları ixrac üçün istifadə etməkdir. Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb