İnnovasiya mərkəzlərinin açılmasında təkcə Bakı ilə kifayətlənməli deyilik.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O, bildirib ki, bölgələrdə də bu cür mərkəzlərin açılması planlaşdırılır: "Yaxın perspektivdə Sumqayıt və Gəncə innovasiya mərkəzləri təsis ediləcək və əminəm ki, bu mərkəzlər regionlarda yaşayan innovativ təfəkkürlü vətəndaşlarımız və ümumilikdə innovasiya həvəskarlarının bir araya gələcəyi məkanlara çevriləcək".
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib