03 oktyabr 2024 16:15
471

Bakı metrosunda sərnişin qatarın altına düşərək ölüb

Bakı metropoliteninin “28 may” stansiyasında sərnişin stansiya yoluna düşüb.

Metropolitendən “İki sahil”ə verilən məlumata görə, hadisə zamanı qatar maşınısti əyləcləməni sıxıb, yüksək gərginlik də çıxarılıb.

“Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, sərnişin dünyasını dəyişib”, - məlumatda qeyd olunub.