Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.
“İki sahil” xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib. Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.