04 oktyabr 2024 22:35
103

"Whatsapp"da daha bir YENİLİK

"Whatsapp" tərtibatçıları "Statuslar" bölməsində istifadəçilər üçün yeni funksiyaların yaradıldığını elan ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə messencerin bloqunda məlumat verilib.

Məlumata görə, yeniləmələrə bəyənmə, gizli qeydlər əlavə etmək və istifadəçinin qeyd olunduğu statusları repost etmək imkanı daxildir. "Statuslar"dakı bəyənmələr yalnız onların müəlliflərinə görünəcək və sayğacda göstərilməyəcək.

Yeni funksiyalar artıq yayılmağa başlayıb və tezliklə bütün dünyada istifadəçilər üçün əlçatan olacaq.