07 oktyabr 2024 08:34
464

Qaz sızmasından partlayış olub

Gədəbəy rayonunun Parakənd kəndində vanna otağında qaz sızmasından partlayış olub.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü A.Cəfərova ağır yanıq xəsarətləri alıb. O, əvvəlcə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, sonra Gəncədə yerləşən xəstəxanlaradan birinə aparılıb. A.Cəfərovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.