Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində mülki şəxslər həlak olub.
“İki sahil” xəbər verir ki, bunu müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov oktyabrın 7-də Bakıda keçirilən "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”da (SWIRMO) deyib.
Onun sözlərinə görə, Ermənistan 30 il ərzində davamlı olaraq müharibə cinayətləri törədib: "Mülki əhali, infrastruktur, bağçalar, məktəblər hərbi məqsədlər üçün atəşə tutulub. Ermənistan 30 il ərzində itkin düşən dörd min azərbaycanlı haqqında məlumat vermir".
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb