07 oktyabr 2024 11:13
415

Çinli alimlər Hərbi Qənimətlər Parkını və Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Azərbaycanda səfərdə olan Çinin Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Vu, akademiyanın elmi işçiləri Feng Liu və Yan Zheng AMEA əməkdaşları ilə birlikdə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

AMEA-dan "İki sahil"ə bildirilib ki, çinli alimlərə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər barədə ətraflı məlumat verilib, qonaqlar erməni işğalçılarından qənimət götürülən bir çox hərbi texnika və sursatlarla yaxından tanış olublar.

Çinli alimlər, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar. Onlara qoruqda 6 mindən artıq qayaüstü rəsm və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji material qorunduğu barədə məlumat verilib.

Qonaqlar Azərbaycanın qədim tarixi, maddi mədəniyyət nümunələri, qayaüstü rəsmləri və arxeoloji tapıntıları ilə əyani tanış olaraq səfərdən məmnun qaldıqlarını bildiriblər.