08 oktyabr 2024 09:22
427

Sumqayıtda qadın bıçaqlanıb

Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. 1991-ci il təvəllüdlü Yusifova Elnurə Fəxrəddin qızı yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.