08 oktyabr 2024 13:22
539

Qanunsuz reklamların yayımı ilə əlaqədar təmin olunan müraciətlərin sayı 2 dəfəyədək artıb

Cari ilin yanvar-avqust ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faizdən çox, təmin olunan müraciətlərin sayında isə 2 dəfəyədək artım qeydə alınıb.

“İki sahil” xəbər verir ki,  Dövlət Xidmətindən bildirilib ki, qurum tərəfindən reklam (açıq məkanda reklam istisna olmaqla) qanunvericiliyinə riayət olunması istiqamətində həyata keçirilən tədbirlər sahibkarlıq subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına səbəb ola biləcək hərəkətlərin qarşısının alınmasına xidmət edir.