11 oktyabr 2024 09:48
381

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 3 tüfəng və 132 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.