11 oktyabr 2024 09:58
381

Qazaxda 18 tələbə dönərdən zəhərlənib

Qazaxda 18 tələbənin zəhərləndiyi bildirilib.

“İki sahil” xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının 18 tələbəsinin bufetdə dönərdən zəhərləndiyi qeyd olunub, Zəhərləndiyi bildirilən tələbələr bunlardır:

Sabirabad rayon sakini Ö. Rüstəmov (2003-cü il), Tovuz rayon sakinləri F.Rzayeva (2007) və İ.Niyazova ( 2001), Gəncə şəhər sakini F.Süleymanova (2007), Yevlax rayon sakini F.Nəsibova (2005) Ağstafa rayon sakinləri 2000-ci il təv. Ş. Məmmədovaya, 2005-ci il təv. N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təv. C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təv. S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təv. N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təv. R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təv. M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təv. N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təv. R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təv. G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təv. M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təv. O. Cəfərova və 2005-ci il təv. A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Faktla bağlı araşdırma aparılır.