11 oktyabr 2024 10:12
485

TƏBİB-dən Qazaxda dönərdən zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı açıqlama

10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. "16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.