14 oktyabr 2024 09:17
406

Həkimləri səyinə baxmayaraq...

Bakıda yük avtomobilinin vurduğu piyada 27 gün sonra ölüb.

“İki sahil” xəbər verir ki, hadisə sentyabrın 16-da Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Ramin Abdullayev idarə etdiyi "Kamaz" markalı yük avtomobili yolu keçən Kəmalə Rəhmanovanı vurub. Piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimləri səyinə baxmayaraq K. Rəhmanova ötən gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.