Bakıda ölümlə nəticələnən yol qəzası olub.
“İki sahil” xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Nəzir Əlilli idarə etdiyi "Mercedes ML" markalı avtomobillə yolu keçən piyadalar-Sadiq Manafov və Rauf Qurbanoviçi vurub. Nəticədə R. Qurbanoviç hadisə yerində ölüb, Sadiq Manafov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.