15 oktyabr 2024 12:03
434

Nəsimi rayonunda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Nəsimi rayonunda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 10-da rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı O.Bəylərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.