Hacıqabulda baş verən təbii hadisələrlə bağlı Aqrar Sığorta Fonduna kifayət qədər məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib.
Onun sözlərinə görə, hazırda müstəqil ekspertlər tərəfindən hadisələrin qiymətləndirilməsi həyata keçirilir: “Həmin müraciətlər əsasında ərazilərə ekspertlər göndərilib. Taxılın biçin dövrü başa çatdığı üçün zərər əsasən meyvə bağlarına və pambıq sahələrinə olub. Bununla bağlı da ekspertlər regionlarımızda zərərlərin qiymətləndirilməsini həyata keçirirlər”.
O qeyd edib ki, ekspertlərin hesablamalarından sonra zərərin əhatə dairəsini müəyyən ediləcək.
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib