16 oktyabr 2024 15:27
534

Azərbaycanda sair vergi daxilolmaları üzrə proqnoz 15 %-dən çox artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 75 milyon manatının və yaxud 0,2 %-nin vergi orqanlarının xətti ilə toplanan sair daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 15,4 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.