16 oktyabr 2024 15:35
374

Azərbaycanda sair qeyri-vergi daxilolmaları üzrə proqnoz 6 %-ə yaxın azaldılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 185,55 milyon manatının və yaxud 0,5 %-nin sair qeyri-vergi daxilolmalarının payına düşəcəyi proqnozlaşdırılır.

"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,6 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.