21 oktyabr 2024 11:24
449

"İkili keçid" mövzuları COP29-da fəal şəkildə müzakirə olunacaq

"İkili keçid" mövzuları COP29-da fəal şəkildə müzakirə olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Harward Business Review Türkiyə” baş redaktoru Serdar Turan Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda keçirilən seminarda bildirib.

“Rəqəmsallaşma və dayanıqlı inkişafı birləşdirən ‘ikili keçid’ konsepsiyası COP29 Tərəflər Konfransının əsas mövzularından biri olacaq. Bu istiqamətlər, IT və məlumatların istifadəsi sayəsində qarşılıqlı əlaqədədir və rəqəmsal texnologiyaların dayanıqlı inkişafa töhfə verdiyi bir ‘Sweet Spot’ yaradır”, – Serdar Turan bildirib.

Onun sözlərinə görə, konfrans iştirakçıları rəqəmsallaşmanın karbon emissiyalarının azaldılmasına və ekoloji effektivliyin artırılmasına necə kömək edə biləcəyini müzakirə edəcəklər.

“Müzakirələr zamanı IT və məlumatların ekoloji göstəricilərin yaxşılaşdırılmasında və Paris Sazişinin məqsədlərinə nail olunmasında necə katalizator kimi çıxış edə biləcəyi nəzərdən keçiriləcək”, – Serdar Turan vurğulayıb.