Cari ilin 4 noyabr tarixindən etibarən Bakıda COP29 üzrə pre-sessionals (iclasöncəsi işçi qrupu) başlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili [ekoloji, sosial və korporativ idarəetmə]" mövzusunda keçirilən seminarda bildirib.
“Bu ilin 4 noyabr tarixindən etibarən Bakıda COP29 üzrə pre-sessionals başlayacaq və onlar Bakı Olimpiya Stadionunda keçiriləcək”, - o bildirib.