Bu il Bakıda keçiriləcək COP29 konfransının formatına uyğun olaraq qida tullantıları yenidən emal olunacaq.
“İki sahil” xəbər verir ki, bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, buraya ümumi, qablaşdırma, şüşə və digər tullantılar çeşidlənəcək:
"Bundan sonra emal olunaraq aidiyyəti qurumlara təhvil verilir. Xüsusi avadanlıqlar vasitəsilə qida tullantılardan alınan gübrələri Bakı Abadlıq Xidmətinə verəcəyik".
A.Zeynalov həmçinin məlumat verib ki, ümumilikdə burada 1200-dən çox əməkdaş çalışır:
"Bütün işçilərin sağlamlıq vəziyyəti yoxlanılıb, müayinələrdən keçirilib".
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir