Türkiyənin aparıcı media orqanlarından biri olan “Cumhuriyet” qəzeti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyi və əhəmiyyəti barədə oxuculara məlumat verib.
“İki sahil” xəbər verir ki, nəşrdə yaşıl texnologiyalar və iqlim dəyişikliyi ilə mübarizədə ayrı-ayrı dövlətlərin addımlarının müsbət qiymətləndirilməsinin zəruriliyi vurğulanır.
Qəzet öz oxucularına bu yay dünyada demək olar ki, hər gün qeydə alınan anomal istiləri xatırladıb. Nəşr qeyd edir: “İqlim dəyişikliyi insanların içməli suya çıxışını çətinləşdirir, quraqlıqlar artır və havanın keyfiyyəti pisləşir”.
Materialda qeyd olunur: “İnkişaf etməkdə olan ölkələrə verilən iqlimin maliyyələşdirilməsi vədlərinin tam yerinə yetirilməməsi baxımından 2024-cü il iqlim dəyişikliyi gündəliyi üçün heç də yaxşı il deyil. Eyni zamanda, yaşıl texnologiyaların və ayrı-ayrı ölkələrin səylərinin iqlim gündəliyinə müsbət töhfəsini qeyd etmək lazımdır. Bu kontekstdə COP29-u istənilən ekoloji kursa doğru yönəlmək üçün ilin son fürsəti adlandırmaq heç də yanlış olmazdı”.
Qəzet oxuculara Bakıda keçirilən qlobal sammitin gündəliyində duran əsas məsələlər, o cümlədən Milli Səviyyədə Təyin Edilən Töhfələrin (NDC) müzakirəsi barədə məlumat verib və diqqəti COP29-da Türkiyə pavilyonuna çəkib.
Nəşr vurğulayır ki, COP29 haqlı olaraq insan sağlamlığı və planetin gələcəyi baxımından ilin əsas ekoloji hadisəsidir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir