COP29 kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Əl-Əzhər Şeyxinin müavini və xüsusi nümayəndəsi Məhəmməd Əl-Duveyni Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dini liderlər ətraf mühitlə bağlı anlayış və davranışların düzəldilməsində rol oynayacaq:
Dinlər və insanlar arasında əlaqə gücləndirilməlidir. İqlim dəyişikliyi koronavirus pandemiyasindan heç də az əhəmiyyətli deyil. Ona görə də gücləri birləşdirərək addım atmalıyıq. COP27 Misirdə, COP28 isə BƏƏ-də keçirilib. COP29 özündən əvvəlkilərdə qəbul edilən və kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır".
Məhəmməd Əl-Duveyni bildirib ki, iqlim dəyişikliyi və onun fəsadların aradan qaldırılması üçün təhsil müəssisələrində elmi fəaliyyətin möhkəmləndirilməsi, tədqiqatların həyata keçirilməsi, bu istiqamətdə qanunların qəbulu vacibdir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir