05 noyabr 2024 11:59
268

Qızıl bu il 750 dollara yaxın bahalaşıb

Qızılın orta qiyməti 2024-cü ilin əvvəlindən oktyabr ayına kimi 750 dollara yaxın bahalaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının əmtəə qiymətləri hesabatında bildirilib. Belə ki, 2023-cü il üzrə qızılın bir troya unsiyasının orta qiyməti 1943 dollar olduğu halda, bu ilin oktyabr ayında bu rəqəm 2690 dollara yüksəlib. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə qızıl dünya bazarında 38,4% bahalaşıb.

Dünya Bankının məlumatına görə, qızılın rüblük orta qiyməti yanvar-mart aylarında 2072 dollar, aprel-iyun aylarında 2336 dollar, iyul-sentyabr aylarında isə 2480 təşkil edib. Təkcə avqust ayı üzrə bu rəqəm 2470 dollar, sentyabr ayı üzrə isə 2571 dollara bərabər olub.